Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: narkotik

Nizami Rəmzinin qızı həbs olunub - VİDEO

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan Baxşıyeva həbs olunub. Primeinfo.az xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, yazıb: “Heyf səndən, Reyhan.

Türkiyədə 8 məşhurun narkotik ​​testi müsbət çıxdı - ADLAR

İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib. Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.

79 əcnəbi narkotiklə bağlı HƏBS EDİLDİ

Bu ilin yanvar-sentyabr ayları ərzində narkotiklə bağlı məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib.

DTX və DSX əməliyyat keçirdi: saxlanılan var

İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

Hadisə: Mühafizə dedi polisdir, sizi aparmağa gəliblər - çox qorxdum...

Türkiyəli müğənni Hadisə Açıkgöz ötən gün sərbəst buraxıldıqdan sonra səhnəyə çıxıb. Primeinfo.az xəbər verir ki, Ankarada konsert verən sənətçi narkotik istifadəsini təşviq etmək ittihamı ilə saxlanılması ilə bağlı danışıb. Başına gələnlər səbəbindən çox kövrəldiyini deyən Hadisə həmin gün çox qorxduğunu etiraf edib: “Səhər 6-nın yarısında qapını dəli kimi döyürdülər.

Türkiyədə saxlanılan məşhur cütlüyün analiz cavabları AÇIQLANDI - VİDEO

Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə istintaq davam edir. Primeinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar. Məşhur sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın vəkili Sevinç Orazın sözlərinə görə, istintaq işi ilə bağlı məxfilik qərarı verilib.

Türkiyədə İrəm və Hadisə daxil olmaqla 19 məşhur saxlanıldı

Məşhur türkiyəli müğənni, 38 yaşlı İrəm Derici narkotik istifadəsini təşviq ittihamı ilə İstanbulda, Şişlidəki evində saxlanılıb. Bundan başqa, bir sıra məşhur müğənnilər, aktyorlar, fenomenlər, vəkil istintaq çərçivəsində saxlanılıblar.

Bir gündə 42,4 kq narkotik vasitə aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 6-da ümumi çəkisi 42,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

İrandan dəniz yolu ilə yarım ton narkotik keçirmək istədilər

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.

Oğurluq edən şəxsin avtomobilindən narkotik aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.