Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü – Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib. Vurğulanıb ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoyla bağlı yeni iddia gündəmə gəlib. Primeinfo.az xəbər verir ki, onunla uzun müddət birlikdə çalışan jurnalist Tuğçe Acar sosial şəbəkə hesabında paylaşım edərək M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.
Naxçıvanda şəhərində külli miqdarda narkotik vasitə məhv edilib. Primeinfo.az xəbər verir ki, məhv edilmə prosesi muxtar respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub. Naxçıvan şəhərində yerləşən xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.
Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib. Prineinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.
Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinə cəhd olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Noyabrn 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Bu gün səhər saatlarında İstanbul polisi Çekmeköy rayonunda yerləşən bir evdə narkotik axtarışı məqsədilə əməliyyat keçirib. Primeinfo.az “Hurriyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı evin içindən polis əməkdaşlarına atəş açılıb. Açılan atəş nəticəsində Xüsusi Hərəkat Şöbəsində xidmət edən polis əməkdaşı Emre Albayrak yaralanıb.