Nəsimi rayonunda yanvar ayında 36 kiloqram narkotik vasitə aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin regional qrupundan Primeinfo.az verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyevş saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Türkiyədə məşhur “Acun Medya” şirkətinin baş koordinatoru Esat Yontunç barəsində narkotik istintaqı çərçivəsində saxlanılma qərarı verilib. Bu barədə Primeinfo.az “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində Yontunçun hazırda xaricdə olduğu müəyyən edilib və barəsində saxlanılma qərarı çıxarılıb.
Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb. Bildirilir ki, ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.
Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Türkiyədə “Beynəlxalq Narkotik Qaçaqmalçılığı ilə Mübarizə” çərçivəsində əməliyyat həyata keçirilib və 220,7 kq kokain, 69 kq skunk narkotik maddəsi aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat yayıb. Qadağan olunmuş maddələr Ədirnə Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən Hamzabeyli gömrük ərazisində bir yük maşınında aparılan axtarış zamanı aşkar edilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb.