Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Oman

Heydər Əliyev Fondunun vitse-prezidenti Maskatda Omanın birinci xanımı ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb. Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.

Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. Primeinfo.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Leyla Əliyeva Omandadır - FOTO

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir. Primeinfo.az xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Lukaşenko Əlcəzairə getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Əlcəzairə rəsmi səfərə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə “Minsk-Novosti” agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Səfər Əlcəzair Prezidenti Abdelməcid Tebbunun dəvəti ilə baş tutub.

İlham Əliyev Oman Sultanını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidi təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Azərbaycan XİN Omanı və Latviyanı təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Oman Sultanlığını və Latviyanı bu ölkələrin Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesablarında paylaşım edilib.   We convey our congratulations to the friendly Sultanate of Oman on the occasion of the National Day, and express our best wishes to its People and the Government.

Bu ölkəyə vizasız gedəcəyik – FOTO 

 Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıb. 

Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Oman xarici işlər naziri Badr əl-Busaidi arasında təkbətək görüş keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.   Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of the Sultanate of Oman @badralbusaidi.

Ərdoğan Oman Sultanı ilə görüşdü

Omanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Əl Səidlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə ilə Oman arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.