Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Oman

Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub

Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub

ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu  ləğv etməsinin səbəbi məlum olub. Primeinfo.az İsrailin N12 telekanalına istinadən xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub. Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.

7 ölkədən təcili toplanış: İlin sonunadək mühüm qərar

7 ölkədən təcili toplanış: İlin sonunadək mühüm qərar

OPEC+ ölkələri sentyabr ayından etibarən neft hasilatı kvotasını sutkada təxminən 188 min barel artırmağı planlaşdırır. Lakin bundan sonra hasilatın növbəti artımı ilin sonunadək dondurulacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi alyansdakı mənbələrinə istinadən məlumat yayıb.

Oman sahillərindən 11 km məsafədə tankerə hücum edilib

Oman sahillərindən 11 km məsafədə tankerə hücum edilib

Oman sahillərindən 11 km şimal-şərqdə tankerə hücum edilib. Primeinfo.az  xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. “UKMTO, Omanın Lima şəhərindən 11 km şərqdə bir ticarət gəmisi ilə bağlı hadisə barədə məlumat alıb.

Bəqai: Hörmüz boğazı ilə bağlı Omanla danışıqlarda irəliləyiş var

Bəqai: Hörmüz boğazı ilə bağlı Omanla danışıqlarda irəliləyiş var

İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması barədə müzakirələr keçirilib. Primeinfo.az “Mehr” Xəbər Agentliyinə istinadən xəbər verir ki,bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai jurnalistlərin suallarını cavablandırarkən danışıb. “Cümə və şənbə günləri Tehranda İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar keçirilib.

İranın nümayəndələri Omandadır

İranın nümayəndələri Omandadır

Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Maskata yola düşdüyü bildirilir. Primeinfo.az-ın məlumatına görə, İranın danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Tehrana qayıtdıqdan bir neçə saat sonra Maskata yola düşüblər. Məhəmməd Baqir Qalibafın Oman səfəri çərçivəsində Sultan Heysəm bin Tariqlə görüşəcəyi və Hörmüz boğazının idarə olunması ilə bağlı İranın müəyyən etdiyi mexanizmlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

İran XİN rəhbəri Omana gedib

İran XİN rəhbəri Omana gedib

İranın xarici işlər naziri Abbas Əraqçi Omana gedib. “Daneşcu”nun xəbərinə görə, Əraqçi Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə etdikdən sonra İslamabadı tərk edib və Məsqətə yola düşüb. Qeyd edək ki, Əraqçi Omandan sonra Rusiyaya səfər edəcək.

"İranın qalib gəlmək şansı yoxdur" - SON DƏQİQƏ - VİDEO  

"İranın qalib gəlmək şansı yoxdur" - SON DƏQİQƏ - VİDEO 

“İran Qafqaz ölkələrini çıxmaq şərti ilə ətrafında olan ölkələrin demək olar ki, hamısına zərbələr endirib. Hətta İran Oman ərazisinə də zərbə endirib hansı ki, Oman vasitəsilə ABŞ ilə danışıqlar aparırdı. Bu müharibədə İranın qalib gəlmək şansı yoxdur”.

Uitkoffun təyyarəsi Omana eniş edib

Uitkoffun təyyarəsi Omana eniş edib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Omanın paytaxtı Məşqət şərəhinə eniş enib. Primeinfo.az xəbər verir ki, “FlightRadar24” portalı məlumat yayıb. Qeyd edək ki, fevralın 6-da Omanda ABŞ və İran arasında danışıqların keçirilməsi planlaşdırılır.