Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Nəriman Həsənzadə

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadə xəstəxanada müalicə alır.

Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib - FOTO

Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib - FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib. Primeinfo.az xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb. Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb.

Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik edib

Prezident və Mehriban Əliyeva Nəriman Həsənzadəni təbrik edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.

Nəriman Həsənzadə reanimasiyada dializə qoşulub

Nəriman Həsənzadə reanimasiyada dializə qoşulub

Xalq şairi Nəriman Həsənzadənin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, xəstənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.