Xəbər axtarın

Son axtarış nəticələri:

Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı, 36 min insan itkin düşüb

26.06.2026 11:10

Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı, 36 min insan itkin düşüb

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb, 4300-dən çox insan yaralanıb. Təxminən 36 min nəfər itkin düşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Karlos Alvarado “Venezolana de Television” dövlət televiziyasının canlı yayımında açıqlayıb.

Nazirin sözlərinə görə, 4300-dən çox yaralıya tibbi yardım göstərilir. Yaralılar arasında yüngül xəsarət alanlarla yanaşı, vəziyyəti orta ağır və ağır olanlar da var. Bir çoxunun cərrahi müdaxiləyə ehtiyacı olduğu, ən ağır vəziyyətin isə La Quayra ştatında müşahidə edildiyi bildirilib.

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb. 4.3 mindən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Paylaş: