Xəbər axtarın

Son axtarış nəticələri:

Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı

26.06.2026 20:55

Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bir turnir ərzində vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda davam edən mundialda ümumilikdə 177 dəfə fərqlənmək mümkün olub. Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2022-ci ildə Qətərdə təşkil edilən dünya çempionatında (172 qol) qeydə alınıb.

Dünya birinciliyi hazırda Kanada, ABŞ və Meksikada davam edir. Tarixdə ilk dəfə 48 milli komandanın mübarizə apardığı yarışa iyulun 19-da yekun vurulacaq. Qaydalara əsasən, hər qrupdan ilk iki yeri tutan kollektivlər, eləcə də üçüncü pillədə qərarlaşan ən yaxşı səkkiz yığma pley-off mərhələsinə vəsiqə qazanır.

Turnirin son qalibi isə Argentina seçməsidir.

Paylaş: