
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Primeinfo.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda deyilir:
“Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirik. Ölkənin sabitliyi və təhlükəsizliyi naminə gecə-gündüz fədakarlıqla xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman olduğu kimi, bundan sonra da tək ürək, tək yumruq olmağa davam edəcəyik”.
🇦🇿 Azerbaycan Silahlı Kuvvetlerinin 108’inci, kuruluş yıl dönümü kutlu olsun! 🇹🇷
Kardeş Azerbaycan’ın güvenliği ve huzuru için gece gündüz demeden görev yapan kahraman Azerbaycan Silahlı Kuvvetlerini selamlıyoruz.
Her zaman tek yürek, tek yumruk olmaya devam edeceğiz! 💪… pic.twitter.com/ReYpcA8bG9
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 26, 2026