Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşib

26.06.2026 15:42

DÇ-2026: Pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşib
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar.

1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib. Belə ki, CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Paylaş: