Xəbər axtarın

Son axtarış nəticələri:

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

13.06.2026 10:20

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Primeinfo.az xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı “Bimo Fild” stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.

Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ – Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər – İsveçrə oyunları keçiriləcək.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Paylaş: