
Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunları bu gün də davam edəcək.
Primeinfo.az xəbər verir ki, iyunun 26-da mundialın növbəti oyunları saat 23:00-da start götürəcək.
Həmin saatda Norveç Fransa ilə, Seneqal İraqla qarşılaşacaq.
İyunun 27-nə keçən gecə saat 04:00-da Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə oynayacaq. Həmin saatda Uruqvay – İspaniya matçı da başlayacaq.
Səhər saat 07:00-da isə Misir-İran, Yeni Zelandiya-Belçika matçları keçiriləcək.