Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Bakıda konsertdə çıxış etdi - FOTO

26.06.2026 14:52

Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Bakıda konsertdə çıxış etdi - FOTO
Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Milli Müdafiə Universitetinin  tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən konsertdə çıxış edib. 

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

Qeyd edək ki, konsert proqramında hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.

Paylaş: