
“İranın ali lideri Müctəba Xamneyi haradadır? Dedilər ki, Əli Xamneyinin dəfn mərasiminə gələcək, gəlmədi. Sonra müxtəlif vaxtlar müəyyən etdilər ki, ortaya çıxacaq, çıxmadı”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Turan masası” verilişində Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli bildirib.
O, Müctəba Xamneyinin sağ olub-olmaması ilə bağlı müəmmalı fikirlərin dolaşdığını qeyd edib:
“Bir müddət öncə Məsud Pezeşkianın oğlu dedi ki, Xamneyinin sağlıq durumu yaxşıdır. Sonra Pezeşkianın adından Xamneyinin sağlıq durumu ilə bağlı bəyanat verildi, amma təsdiqini tapmadı. Məncə, Pezeşkianı məcbur edirlər ki, belə bir bəyanat versin. Çünki rəsmi İran mediası onun xəstə olduğunu deyir”.
Davamı “Turan masası”nda: