
Ankara vilayətindəki meşəlik ərazilərə baş çəkməyə qoyulan qadağa 15 oktyabra qədər uzadılıb.
Primeinfo.az xəbər verir ki, bu qərar Ankara valiliyi tərəfindən ölkənin bir neçə vilayətində davam edən güclü meşə yanğınları fonunda qəbul edilib.
Ankarada yaşıllıq ərazilərin yaxınlığında yanğına səbəb ola biləcək tonqal qalamaq və digər hərəkətlər də qadağan edilib.
Ankara valiliyi qadağanı pozanların inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edib. Valilik vurğulayıb ki, hər hansı zərər və inzibati xərclər təqsirkar hesab edilən şəxslər tərəfindən ödəniləcək.
Ankara vilayətindəki meşələrə baş çəkməyə qoyulan qadağa əvvəllər 22 may – 30 sentyabr 2026-cı il tarixləri arasında qüvvədə olub.