Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs edildi

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib

Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib. Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib.

SON DƏQİQƏ: Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI  - VİDEO

SON DƏQİQƏ: Türkiyədə daha bir bələdiyyə sədri SAXLANILDI  - VİDEO

Türkiyənin Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb. İstintaq Üsküdar Bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi prosesində qanun pozuntularına yol verildiyi barədə daxil olan şikayətlər, zərərçəkənlərin ifadələri və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.

Azərbaycanda NARKOTİK ƏMƏLİYYATI: 9 nəfər həbs olundu - VİDEO

Azərbaycanda NARKOTİK ƏMƏLİYYATI: 9 nəfər həbs olundu - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-dən Primeinfo.az-a verilən xəbərə görə, paytaxt və bölgələrdə keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar. Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55270 manat pul vəsaiti aşkarlanıb.

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks Kəşfiyyat Xidməti xarici ölkələrə casusluq edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib. Primeinfo.az  xəbər verir ki, nəticədə iki xarici ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürən QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib. DTX-da keçirilən brifinqdə bildirilib ki, istintaq nəticəsində qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbərinin maddi mənfəət əldə etmək və xarici ölkənin maraqlarını təmin etmək üçün sistemli şəkildə kəşfiyyat məlumatlarını xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub.

Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - HƏBS EDİLDİ

Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - HƏBS EDİLDİ

Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub. Primeinfo.az xəbər verir ki, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib. 2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecə saat 24:00 radələrində uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib.

Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edildi

Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edildi

“TikTok”​da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

Kamran Əsədov məhkəmə zalında həbs edildi

Kamran Əsədov məhkəmə zalında həbs edildi

İmtahanlara qanunsuz texniki vasitələr keçirməkdə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub. Belə ki, orokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.