Xəbər axtarın

Son axtarış nəticələri:

HƏMAS silahlarını Fələstinə təhvil verməyə hazırdır

31.07.2026 14:00

HƏMAS silahlarını Fələstinə təhvil verməyə hazırdır

HƏMAS sülh razılaşması qüvvəyə minəcəyi təqdirdə silahlarını Fələstin Milli Komitəsinə təhvil verməyə hazır olduğunu bəyan edib.

Primeinfo.az xəbər verir ki, bu barədə HƏMAS-ın danışıqlarda iştirak edən nümayəndəsi Qazi Həmmad “Reuters”agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər razılaşmanın mətnini təsdiqlədikdən sonra İsrail sazişin birinci mərhələsinin icrasına başlamalıdır.

Qazi Həmmad qeyd edib ki, bundan sonra Fələstin Milli Komitəsi və beynəlxalq qüvvələr Qəzza zolağına daxil olmalı, İsrailin dəstəklədiyi silahlı qrupların tərksilahını təmin etməlidir.

HƏMAS rəsmisi vurğulayıb ki, təşkilatın silahları təhvil verməsi yalnız İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması şərti ilə mümkün olacaq.

Paylaş: