
Avqustun 3-dən etibarən ABŞ 50 ölkənin vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi zamanı 20 min ABŞ dollarına qədər viza girovunu daimi əsasda tətbiq edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bildirişdə deyilir.
Qeyd olunub ki, ABŞ 2025-ci ilin avqustunda pilot proqram çərçivəsində bəzi ölkələrin vətəndaşlarından ABŞ ərazisini vaxtında tərk etmələrini təmin etmək məqsədilə 5 min dollardan 15 min dollara qədər viza girovu tələb etməyə başlamışdı. Həmin proqrama 50 ölkə, o cümlədən 30 Afrika dövləti daxil edilmişdi.
Yeni qərara əsasən, 20 avqust 2025-ci il tarixli müvəqqəti proqram daimi xarakter alacaq.
Bildirişdə qeyd olunur ki, konsulluq əməkdaşları B-1 (işgüzar səfər) və B-2 (turizm) kateqoriyaları üzrə qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən vizanın verilməsi şərti kimi 20 min ABŞ dollarınadək girov tələb edə bilərlər.