İmtahanlara qanunsuz texniki vasitələr keçirməkdə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub. Belə ki, orokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.
Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibati qaydada həbs edilibş Primeinfo.az-a milli.az-a istinadən xəbər verir ki, məşhur reperin həbs olunmasına səbəb Yasamal rayonu, Ş.Qurbanov küçəsində video çəkərkən ünvansız təhqiramiz ifadələr səsləndirməsi olub. Beləki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub. Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Türkiyəli tanınmış sosial media fenomeni, bloqer Murat Övüç paylaşdığı videolara görə həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Övüçün paylaşımları hüquqi müstəvidə araşdırılıb.