Xəbər axtarın

Son axtarış nəticələri:

Britaniya səfiri Azərbaycan dilində şeir oxudu - VİDEO

01.08.2026 22:15

Britaniya səfiri Azərbaycan dilində şeir oxudu - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə azərbaycanlıları təbrik edib.

Primeinfo.az xəbər verir ki, diplomat bununla özündən əvvəlki britaniyalı səfirlərin ənənəsini davam etdirib.

Dunkan Norman Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bir parçanı Azərbaycan dilində səsləndirib.

Səfir Azərbaycan dilinə və ölkənin zəngin ədəbi irsinə hörmətini ifadə edərək deyib:

“Azərbaycan xalqını 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, Azərbaycan dilinin təcəssüm etdirdiyi zəngin ədəbi irsə öz ehtiramımı bildirirəm”.

Paylaş: