Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan neftinin qiyməti 100 dollara çatır

31.07.2026 10:34

Azərbaycan neftinin qiyməti 100 dollara çatır

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dollar artıb.

Primeinfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,39 % artaraq 98,58 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Paylaş: