Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan Rusiyanı HƏDƏLƏDİ

30.07.2026 20:49

Paşinyan Rusiyanı HƏDƏLƏDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Cənubi Qafqaz Dəmir Yolunun idarə olunması ilə bağlı hüquqi mübahisə yaranacağı təqdirdə Rusiyadan 2 milyard dollar tələb edə bilər.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında Ermənistan ərazisində yerləşən dəmir yolu infrastrukturunun respublikanın mülkiyyəti olduğunu vurğulayıb.

“Ermənistan bu dəmir yolundan necə məqsədəuyğun hesab edirsə, elə də istifadə etmək imkanına malik olmalıdır. Bunun alternativi yoxdur”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, məsələni Rusiya tərəfi ilə “dostcasına” həll etməyə üstünlük verir. Lakin hüquqi fikir ayrılığı yaranacağı halda, iş arbitraj məhkəməsinə çıxarıla bilər.

Paşinyan əlavə edib ki, Ermənistan 30 il ərzində ödənişsiz istifadə olunan məsələlərə görə 2 milyard dollar tələb edə bilər.

“Bu, eyham deyil. Açıq deyirəm ki, dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur”, – deyə o vurğulayıb.

Ermənistanın dəmir yolu infrastrukturu hüquqi baxımdan dövlətə məxsus olsa da, 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın “Rusiya Dəmir Yolları” (RJD) şirkətinin 100 faiz törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yolu tərəfindən idarə olunur.

Paşinyan xatırladıb ki, daha əvvəl bu konsessiyanın satılması məsələsini də gündəmə gətirib və bildirib ki, Rusiya ilə bu istiqamətdə dialoq üçün imkanlar açıq qalır.

O, həmçinin Ermənistanın son aylarda Avropa İttifaqı ilə yeni dəmir yolu bağlantısı əldə etdiyini, gələcəkdə isə Türkiyə, Azərbaycan və İranla dəmir yolu əlaqələrinin açılmasının planlaşdırıldığını qeyd edib.

Paylaş: