Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və yaxud 0,8 % artaraq 85,8 milyard ABŞ dollarına çatıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Bu ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir”, – deyə o qeyd edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Mərkəzi Bankdan Primeinfo.az-a verilən məlumata görə, bu ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 milyon dolları üstələyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu gündən yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır.
İyulun 15-dən Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 100 manatlıq pul nişanı istifadəyə veriləcək. Primeinfo.az xəbər verir ki, 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.
Azərbaycan Mərkəzi Bankı “BakıKart”ın operatoru olan “K Group” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. Bu barədə Primeinfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, tənzimləyici tərəfindən 02.06.2025 – 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, “K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.
Bakıda 4-5 iyun tarixlərində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçiriləcək. Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikası mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək.