Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İran hədəflərinə endirdiyi zərbələri başa çatdırdı - VİDEO

30.07.2026 10:27

ABŞ İran hədəflərinə endirdiyi zərbələri başa çatdırdı - VİDEO

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın raket hücumuna cavab olaraq həyata keçirilən zərbələr seriyasının başa çatdırıldığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi qüvvələri iyulun 29-da İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib.

Əməliyyat bir gün əvvəl İran tərəfindən Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirilən raket hücumuna cavab olaraq icra edilib.

Qeyd edək ki, ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 20:00-da (30 iyul Bakı vaxtı ilə 04:00-da – red.) İrana zərbələr endirməyə başlayıb. CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı məlumata görə, zərbələr İranın dünən Yaxın Şərqdə Amerika hərbçilərinə hücum etmək cəhdinə cavab olaraq endirilib.

Paylaş: