Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda ağır qəza: iki futbolçu öldü - FOTO - VİDEO

30.07.2026 12:31

Bakıda ağır qəza: iki futbolçu öldü - FOTO - VİDEO
Ötən gün Abşeron rayonunda ağır yol qəzası baş verib.

Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lökbatan-Qobu yolunda Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub.

Nəticədə R.Hüseynov və onun avtomobilində olmuş sərnişin Sultanov Bəhruz İlham oğlu aldıqları xəsarətlərdən həlak olublar. Yük avtomobilin sürücüsü M.Ağaverdiyevin isə xəsarət alıb.

Fakta görə, Abşeron RPİ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Unikal.az-ın məlumatına görə, qəzada ölən şəxslər “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.

Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.

Bakıda ağır qəza: iki futbolçu öldü - FOTO - VİDEO Bakıda ağır qəza: iki futbolçu öldü - FOTO - VİDEO

 

 

Paylaş: