Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: UEFA

UEFA reytinqi: Azərbaycan futbolunda tarixi nəticə qeydə alınıb

UEFA reytinqi: Azərbaycan futbolunda tarixi nəticə qeydə alınıb

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 xal qazandırıb. Peşəkar Futbol Liqasından Primeinfo.az-a bildirilib ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir. İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018-ci illər mövsümündə göstərmişdi.

"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı

"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Zirə” “Payde” (Estoniya) ilə qarşılaşıb. Primeinfo.az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub – 1:1. Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb.

UEFA-dan FIFA-nın qərarına ETİRAZ

UEFA-dan FIFA-nın qərarına ETİRAZ

UEFA FIFA-nın intizam qərarı ilə bağlı bəyanat yayıb. Primeinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, qurum dünya çempionatında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqunun bir oyunluq cəzasının bir il sınaq müddəti ilə əvəzlənməsi qərarını kəskin tənqid edib. Bəyanatda bildirilib ki, futbolun əsasını ədalətli, dürüst və şəffaf rəqabəti təmin edən qaydalar təşkil edir.

"Qızıl top" ilk dəfə Londonda təqdim ediləcək - UEFA

"Qızıl top" ilk dəfə Londonda təqdim ediləcək - UEFA

  2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik “Qızıl top” mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 70-ci “Qızıl top” təqdimetmə mərasimi bu nüfuzlu mükafatın ilk sahibi, 1956-cı ildə laureat olmuş ingiltərəli futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Britaniya paytaxtında təşkil olunacaq.

Arda Turandan UEFA-ya - ÇAĞIRIŞ

Arda Turandan UEFA-ya - ÇAĞIRIŞ

“Şaxtyor Donetsk” komandasının baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsində “Lex Poznan” ilə keçiriləcək oyun barədə danışıb. Primeinfo.az xəbər verir ki, o, Türkiyə ilə bağlı gözlənilməz planını da açıqlayıb. Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” püşkatmanın nəticəsinə əsasən 1/8 finalda Polşanın “Lex Poznan” komandası ilə qarşılaşacaq.

Könül Mehdiyevaya UEFA-dan təyinat

Könül Mehdiyevaya UEFA-dan təyinat

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Primeinfo.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq. Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb. Primeinfo.az xəbər verir ki, Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib. Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq. Primeinfo.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək. Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir – red.), digər 30 faiz isə klubun Avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.