“Qarabağ” UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq. Hazırda Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayın bilet əldə edə bilərlər.
UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən “Fənərbağça” – “Viktoriya Plzen” matçından sonra hər iki komanda cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, “Plzen” azarkeşləri üzərində çex dilində “Türklərlə savaş olmalıdır” sözləri yazılmış əsgər təsviri olan pankart nümayiş etdiriblər.
Madridin “Real” klubu Avropa Super Liqasının təşəbbüskar şirkəti olan “A22 Sports Management” ilə birlikdə UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır. Primeinfo.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Bildirilib ki, “Real Madrid” və “A22” təşkilatı UEFA-nı 4,5 milyard avro məbləğində vurulmuş zərərin ödənilməsini tələb etməklə məhkəməyə verməyə hazırlaşır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb. O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq “Dinamo Minsk” (Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı Aktual 16 Oktyabr 2025, 11:46 AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib. Primeinfo.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu liqanın əsas mərhələsində ilk oyununa çıxıb. Azərbaycan çempionu “Benfika” ilə qarşılaşıb.