Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: UEFA

“Ayaks” Bakıya gəldi - VİDEO

“Ayaks” Bakıya gəldi - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Ayaks” komandası Bakıya gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Niderland nəhəngi özünün sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

"Qarabağ" – "Ayaks" oyununa 27 650 bilet satıldı

"Qarabağ" – "Ayaks" oyununa 27 650 bilet satıldı

Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununa indiyədək 27 650 bilet satılıb. Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

UEFA Ukraynanı cərimələdi

UEFA Ukraynanı cərimələdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukrayna Futbol Assosiasiyasını (UAF) Rusiya əleyhinə şüar səsləndirdiyinə görə cəzalandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə pley-off oyunu zamanı anti-Rusiya şüarı olan pankart nümayiş etdirilib.

“Qarabağ”–“Ayaks” biletləri sürətlə tükənir

“Qarabağ”–“Ayaks” biletləri sürətlə tükənir

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb. Primeinfo.az xəbər verir ki, 10, 15, 25, 35 manatlıq biletlər tükənib. Satış saat 15:00-da başlanıb.

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb. Primeinfo.az xəbər verir ki, satışa bu gün, saat 15:00-da start verilib. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

UEFA “Qarabağ”ı bu səbəbdən cərimələdi

UEFA “Qarabağ”ı bu səbəbdən cərimələdi

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb. Primeinfo.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub. “Köhlən atlar”ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib.

Konte: “Qarabağ”a qarşı maksimum diqqət tələb olunur”

Konte: “Qarabağ”a qarşı maksimum diqqət tələb olunur”

“Qarabağ”la görüş tam fərqli olacaq”. Primeinfo.az xəbər verir ki, bu sözləri İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə “Qarabağ”la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. Mütəxəssis “Qarabağ”ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir.

AFFA-nın futzal üzrə baş inzibatçısı UEFA-dan təyinat alıb

AFFA-nın futzal üzrə baş inzibatçısı UEFA-dan təyinat alıb

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb. Primeinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Afinada AEK (Yunanıstan) və “Sportinq” (Portuqaliya) komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Qarabağ"ın rəqibi cərimələdi

"Qarabağ"ın rəqibi cərimələdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar çıxarıb. Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin “Liverpul” komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib - FOTO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib - FOTO

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirə olunub. İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.