Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO

30.07.2026 11:52

ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO
ABŞ-nin Montana ştatında qeyri-adi hadisə baş verib. Dağ yürüşü zamanı yıxılan turistin bədəninə yürüş çubuğu batıb. Buna baxmayaraq, o, helikopterlə təxliyə olunmaqdan imtina edərək dağdan özü enib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, Devid Cifaldi iki dostu ilə birlikdə Qranit zirvəsinə qalxarkən qayalıq ərazidə müvazinətini itirib və yıxılıb. Nəticədə yürüş çubuqlarından biri onun böyrünə bataraq bədənini və əzələsini deşib.

Tibbi biliklərə malik olan Cifaldi vəziyyətini dərhal qiymətləndirib. O, bir neçə dəfə dərindən nəfəs alaraq döş qəfəsi və ağciyərlərinin zədələnmədiyini, həmçinin daxili qanaxma əlamətlərinin olmadığını müəyyən edib.

Turist xilasetmə helikopterini gözləmək əvəzinə, bədəninə batmış çubuqla birlikdə marşrutun başlanğıc nöqtəsinə qədər piyada enmək qərarına gəlib.

Marşrutun sonuna çatdıqdan sonra Devid Cifaldi dərhal xəstəxanaya çatdırılıb, daha sonra isə ixtisaslaşmış klinikaya köçürülüb.

Həkimlər bədənində təxminən 9 saat qalan çubuğu uğurla çıxarıblar. Əməliyyat zamanı hər hansı ciddi fəsad qeydə alınmayıb.

ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO ABŞ-də dağda bədəninə çubuq batmış turist təkbaşına eniş edib - FOTO

Paylaş: