Eyni torpaq sahəsini bir neçə şəxsə satmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilən Ayxan Məlikov (ad və soyad şərtidir) və Qabil Əliyevin (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Məlikov 6 il 2 ay, Q.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib Qeyd edək ki, hər iki şəxs sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar.
Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən Baoğlan Mirzəliyev və Elxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum ediliblər.
Bakıda bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Daşqın Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Özünü təhsil eksperti kimi tanıdaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
“QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayev barəsində məhkəmə hökmü çıxarılıb. Onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Primeinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Cahid Kamal İsayev verilmiş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Məmmədli 13 il, Anar Abdullayev 12 il müddətə azadlıqdan məhrum edilib.