İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb. O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.
Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev və Elnur Rəfiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Primeinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən Əbdülsaməd Atayev və Elnur Rəfiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakıda erməni cinayətkarlara hökm oxundu
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Lənkəranda qardaşını öldürməkdə təqsirləndirilən Cəlal Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb. Primeinfo.az xəbər verir ki, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Cəlal Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib.
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub.
Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın (Bəbirov) barələrində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədov 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sosial şəbəkələrdə “Roman” adı ilə qadınları şantaj etməkdə təqsirləndirilən Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yaşar Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.