Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hökm

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, üç il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə beş il, Cəmilə Əliyevaya isə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib.

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesiyekunlaşıb. APA-nın əldə etdiyi xəbərə görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə HÖKM OXUNUB

“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə HÖKM OXUNUB

“QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Nərgiz Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, 4 il sınaq müddəti seçilməklə cəzasının şərti hesab olunmasını təklif edib.

Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə HÖKM OXUNUB

Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə HÖKM OXUNUB

Qanunsuz medallar təsis edərək çoxsaylı şəxslərə təqdim etməkdə təqsirləndirilən “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovla bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sərraf Orucov qazancının müəyyən faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova HÖKM OXUNUB

Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova HÖKM OXUNUB

DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Azər Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə HÖKM

Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə HÖKM

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlamaqda və satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Primeinfo.az-ın verdiyi xəbərə görə, bu gün Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarına HÖKM OXUNDU

DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarına HÖKM OXUNDU

  Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən Etibar Oktay oğlu İmamverdiyevin 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb. Primeinfo.az xəbər verir ki, transmilli şəbəkə vasitəsilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib. Müəyyən edilib ki, E.İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM-kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib.

Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata HÖKM OXUNDU

Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata HÖKM OXUNDU

Ermənistan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin əməkdaşı, Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunan diplomat Aşxen Aleksanyana hökm oxunub. Primeinfo.az xəbər verir ki, bu barədə onun vəkili Abqar Poqosyan məlumat verib. Onun sözlərinə görə, məhkəmənin hökmünə əsasən, Aleksanyan iki il müddətinə azadlıqdan məhrum edilib.

Şahin Şıxlinski və oğluna HÖKM OXUNDU - FOTO - VİDEO

Şahin Şıxlinski və oğluna HÖKM OXUNDU - FOTO - VİDEO

Rusiya Federasiyasının Yekaterinburq şəhərində yerləşən Kirovski Rayon Məhkəməsi Ural regionunda Azərbaycan diasporuna rəhbərlik etmiş Şahin Şıxlinski və onun vəkil kimi fəaliyyət göstərən oğlu Mütvəli barəsində həbs qərarı çıxarıb. Primeinfo.az Oxu.az-a istinadən məlumat verir ki, bu barədə “e1.ru” məlumat yayıb. Ata və oğlu barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi əsasında cinayət işi başlanılıb.

Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.