Xəbər axtarın

Son axtarış nəticələri:

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

30.07.2026 10:44

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib.

Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb.

Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.

Paylaş: