
“Azərbaycanda iş potensialı ilə bağlı bölgə ölkələri arasında müqayisələr aparmışam. Məsələn, Gürcüstanda dövlət ixrac potensialı olan heç bir məhsul üçün vergi almır”.
Primeinfo.az xəbər verir ki, bunu jurnalst Aygün Muradxanlı Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” platformasında deyib.
Onun sözlərinə görə, qonşu dövlət bu məsələdə sahibkarlarlara dəstək verir:
“Gürcüstanda dövlət sahibkara deyir ki, təki sən iş yeri yarat, ixrac potensialı üçün məhsul istehsal et. Bu, dövlətin həm imicidir, həm də yeni bazarların tapılması, iqtisadiyyata əlavə gəlirlər deməkdir. Azərbaycanda isə tam tərsinə – iş adamının belinə o qədər vergi yüklənir ki, bu da bir müəssisənin yaşaması üçün ciddi problemə çevrilir”.
Davamı “Qırmızı masa”da: