Xəbər axtarın

Son axtarış nəticələri:

Əfsanəvi futbolçu vəfat etdi

31.07.2026 10:52

Əfsanəvi futbolçu vəfat etdi

İtaliya millisi və “Milan”ın əfsanəvi futbolçusu Franko Barezi 66 yaşında vəfat edib.

Primeinfo.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Barezi 2025-ci ilin avqustunda ağciyərində aşkarlanan düyün səbəbindən əməliyyat olunmuşdu. O, son dövrlər davam edən sağlamlıq problemləri ilə mübarizə aparırdı.

Xatırladaq ki, Franko Barezi klub karyerası ərzində yalnız “Milan”ın formasını geyinib. 1978-ci ildən 1997-ci ilə qədər bu komandada çıxış edən əfsanəvi oyunçu 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə ölkə Superkubokunu qazanıb, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.

İtaliya milli komandasında 81 oyun keçirən Barezi 1982-ci ildə dünya çempionatının qızıl medallarına sahib çıxıb. O, həmçinin DÇ-1990-da bürünc, DÇ-1994-də isə gümüş mükafat əldə edib.

Paylaş: