Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə ƏMƏLİYYAT: tanınmış aktyor saxlanıldı

30.07.2026 10:55

Türkiyədə ƏMƏLİYYAT: tanınmış aktyor saxlanıldı

Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib.

Primeinfo.az xəbər verir ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan aktyor və həmin bələdiyyənin sədri Erdal Beşikcioğlu saxlanılıb.

Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib. “Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikcioğlunun da aralarında olduğu çox sayda şəxs saxlanılıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət göstərib, Türkiyə Dövlət Teatrlarında müxtəlif vəzifələrdə çalışıb.

Beşikçioğlu xüsusilə televiziya və teatr layihələrindəki rolları ilə tanınıb. O, 2015-ci ildə Ankara Dövlət Teatrından təqaüdə çıxıb.

Beşikçioğlu siyasətə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi daxil olub. 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdə CHP-nin Etimesqut bələdiyyə sədri namizədi olaraq seçkiyə qatılıb və qalib gəlib.

O, aprelin 4-də seçki vəsiqəsini aldıqdan sonra Etimesqut bələdiyyə sədri vəzifəsinin icrasına başlayıb.

Paylaş: