Xəbər axtarın

Son axtarış nəticələri:

SSRİ bayraqları ilə yürüş etdiyi üçün cəzalandırılanlardan biri jurnalist imiş - FOTO

02.08.2026 20:36

SSRİ bayraqları ilə yürüş etdiyi üçün cəzalandırılanlardan biri jurnalist imiş - FOTO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist düşüncəsinin təbliğinə dair paylaşımlar yaymaqda və SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Primeinfo.az Gununsesi.info- ya istinadən xəbər verir ki, həbs olunanlardan biri “Səs” qəzetinin əməkdaşı, jurnalist Elçin Bayramlıdır.

Məsələ ilə bağlı Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxladıq. O, mövzu ilə bağlı danışmaq istəmədiyini bildirdi.

Onu da qeyd edək ki, Elçin Bayramlı son dövrlərdə sosioloq kimi müxtəlif ictimai-siyasi mövzularla bağlı açıqlamaları ilə gündəmdə olub. O, bir sıra çıxışlarında və müsahibələrində SSRİ dövrünün müsbət xüsusiyyətlərinə dair təşviqedici fikirlər səsləndirib.

Qeyd edək ki, 2017-ci ildə Elçin Bayramlı və Lalə Mehralı II Jurnalistlər Binasında ev verilib.

SSRİ bayraqları ilə yürüş etdiyi üçün cəzalandırılanlardan biri jurnalist imiş - FOTO

Paylaş: