Xəbər axtarın

Son axtarış nəticələri:

Haluk Levent həbs olundu - 990 milyonluq qumar iddiası - FOTO - VİDEO

13.07.2026 14:11

Haluk Levent həbs olundu - 990 milyonluq qumar iddiası - FOTO - VİDEO
Türkiyənin məşhur müğənnisi və “Ahbap” xeyriyyə fondunun təsisçisi Haluk Levent Bursada həbs olunub.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı onunla yanaşı daha 17 nəfər də istintaqa cəlb olunub.

İstanbul Prokurorluğunun yaydığı məlumata əsasən, Haluk Levent “Dərnəklər haqqında” qanunun pozulması, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.

İstintaq materiallarında qeyd olunur ki, 2020–2026-cı illər ərzində müğənni ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb və həmin pulun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib. Araşdırma zamanı qumar fəaliyyəti ilə əlaqəli hesablara iri məbləğdə vəsait köçürüldüyü və bununla bağlı müxtəlif maliyyə sxemlərinin müəyyən edildiyi iddia olunur. Bundan əlavə, “Ahbap” fondunun hesablarından Haluk Leventin köməkçi Yeliz Kayanın şəxsi hesabına təxminən 120 milyon lirə (4 milyon manata yaxın) köçürülüb.

Məlumata görə, Haluk Levent qaçmağı planlaşdırıb. O, Almaniyaya getmək üçün hava limanına yollanıb və bilet alıb. Lakin ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndikdən sonra evinə qayıdıb. Müğənni daha sonra telefonlarını söndürərək İzmir istiqamətində hərəkət edib və Bursa şəhərində saxlanılıb.

Paylaş: