Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidi təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Oman Sultanlığını və Latviyanı bu ölkələrin Milli Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesablarında paylaşım edilib. We convey our congratulations to the friendly Sultanate of Oman on the occasion of the National Day, and express our best wishes to its People and the Government.
Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Oman xarici işlər naziri Badr əl-Busaidi arasında təkbətək görüş keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of the Sultanate of Oman @badralbusaidi.
Omanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Əl Səidlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə ilə Oman arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.