Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: partlayış

Kəraçidəki ticarət mərkəzində ölənlərin sayı 60 nəfərə çatıb

Pakistanın Kəraçi şəhərindəki “Gul Plaza” ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 60 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Geo TV” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Cənub dairəsinin polis rəisinin müavini Sayed Əsəd Raza jurnalistlərə ticarət mərkəzindəki mağazada daha 30 nəfərin meyitinin aşkar edildiyini bildirib.

Son 9 ayda ölkədə 34 partlayış baş verib

2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır.

Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb

Dekabrın 23-dən 24-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənubundakı Orexovo-Borisovo rayonundakı Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında ölümlə nəticələnən partlayış baş verib. Primeinfo.az xəbər verir ki, yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb. İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib.

İranda fabrikdə partlayış baş verdi: 9 nəfər həlak olub

İranın İsfahan əyalətində fabriklərin birində baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub. Primeinfo.az İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş bildirib. O deyib ki, yanğın Barhur şəhərindəki Dövlətabad Sənaye Parkında yerləşən elektronika istehsalı fabrikində qeydə alınıb.

Rusiyada raket sınağı zamanı partlayış olub

Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində Strateji Raket Qoşunlarının bazası yaxınlığında partlayış baş verib. Primeinfo.az bu barədə yerli KİV-ə istinadən xəbər verir. İxtisaslaşmış resursların məlumatına görə, bir neçə saat əvvəl Strateji Raket Qoşunlarının poliqonundan raket buraxılışı həyata keçirilib, lakin uğursuz olub.