Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: partlayış

Türkiyədə məhkəmə binasında partlayış olub, yaralılar var - FOTO - VİDEO

Türkiyənın Şanlıurfa şəhərində məhkəmə binasında baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib. Onun sözlərinə görə, partlayış zamanı məhkəmə katibi də yaralanıb.

Nərimanovda obyektdə partlayış zamanı xəsarət alan 4 nəfər evə buraxılıb

Dünən saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Primeinfo.az APA-ya istinadla bildirir ki, bu barədə  KTM-dən məlumat verilib. Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Plazadakı partlayışa səbəb qaz sızmasıdır? - “Azəriqaz”dan AÇIQLAMA

“AFEN plaza”da partlayışa səbəb qaz sızmasının olması ilə bağlı iddiaları indidən səsləndirmək hələ tezdir”. Primeinfo.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib. O qeyd edib ki, bu kimi iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər: “Səhər saatlarında – təxminən 9-da AFEN plazada partlayış qeydə alındı.

İslamabadda partlayış: 12 nəfər ölüb, xəsarət alanlar var - VİDEO

Pakistanın paytaxtı İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş verib. Primeinfo.az Pakistan mətbuatına istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb. Yerli polisin bildirdiyinə görə, partlayış məhkəmə binasının yaxınlığında park edilmiş maşının içərisində baş verib.

İranda güclü partlayış

İranın Şiraz şəhərində yerləşən qaz doldurma məntəqəsində güclü partlayış baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində azı 9 nəfər yaralanıb.

Ukraynada qatarda qumbara partlayıb: 4 ölü, 12 yaralı - FOTO

Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Bildirilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.

Yanacaqdoldurma məntəqəsində avtomobil partladı - VİDEO 

Qaradağ rayonu, Ələt qəsəbəsində avtomobil yanacaqdoldurma məntəqəsində partlayıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, maye qazla işləyən “Mercedes” markalı avtomobildə yanacaq doldurarkən anidən partlayış baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Rusiyada baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri mənbəyə istinadən məlumat yayıb. Daha əvvəl, Çelyabinsk vilayətində müəssisədə iki partlayışın baş verdiyi bildirilirdi.

İstanbulda gəmidə partlayış can aldı – VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində gəmidəki güclü partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə Tuzladakı tərsanədə təmir işləri aparılan gəmidə baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.