Günəş fəallığının xeyli dərəcədə artdığı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz “Telegram” kanalında məlumat yayıb. Bildirilir ki, oktyabr 15-də günəşdə M4.8 səviyyəli alışma qeydə alınıb: “Kataloqlara görə, bu, son dörd ay ərzində öz gücünə görə ikinci hadisədir.
Bərdədə pendir sexində partlayış baş verib. Primeinfo.az xəbər verir ki, hadisə sexın qazanxanasında qeydə alınıb. Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.
İranın Tehran Universitetində laboratoriyada güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “Daneshjoo” agentliyi xəbər yayıb.
Pakistanda Federal Polis qərargahının yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər insanın həlak olduğu, 32 nəfərin yaralandığı bildirilir. Primeinfo.az Pakistan mediasına istinadən bildirir ki, hadisə Bəlucistan əyalətinin Kvetta şəhərində baş verib.
Pirəkəşkül və Ağdərədə 29 sentyabr – 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Primenfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri AFP-yə məlumat verib. Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.