Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Evlərdən oğurluq edən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir. Primeinfo.az xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
İstanbulda Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub. Primeinfo.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsindəki bəzi dövlət məmurlarına və digər şübhəlilərə qarşı “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət vermə”, “rüşvət alma” və “tenderə fırıldaq qatışdırma” cinayətləri üzrə aparılan təhqiqat çərçivəsində saxlanılan 13 nəfərin polis bölməsindəki prosedurları başa çatıb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.
Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. DİN Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Primeinfo.az xəbər verir ki, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü – 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
İranda etirazlar başlayandan 297 nəfər həbs olunub.
İranda iğtişaşlar zamanı 100-dən çox polis və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri həlak olub. Primeinfo.az xəbər verir ki, bu haqda ölkənin təhlükəsizlik güclərindəki mənbə məlumat yayıb. Onun sözlərinə görə, son beş gün ərzində yüzlərlə mülki şəxs də yaralanıb.