Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: polis

Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO

Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Primeinfo.az xəbər verir ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar. Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır.

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polis valideynlərə çağırış etdi - VİDEO

Polis valideynlərə çağırış etdi - VİDEO

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.

Polis əməliyyat keçirdi: 64 kilo narkotiklə tutuldular - VİDEO

Polis əməliyyat keçirdi: 64 kilo narkotiklə tutuldular - VİDEO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.

Polis olmaq istəyən xanımların NƏZƏRİNƏ!

Polis olmaq istəyən xanımların NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir. Primeinfo.az xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının  məhkumluğu olmayan, qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.

İstanbulda korrupsiya əməliyyatı: 8 nəfər həbs edildi

İstanbulda korrupsiya əməliyyatı: 8 nəfər həbs edildi

İstanbulda Bayrampaşa Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 13 şübhəlidən səkkizi həbs olunub. Primeinfo.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsindəki bəzi dövlət məmurlarına və digər şübhəlilərə qarşı “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət vermə”, “rüşvət alma” və “tenderə fırıldaq qatışdırma” cinayətləri üzrə aparılan təhqiqat çərçivəsində saxlanılan 13 nəfərin polis bölməsindəki prosedurları başa çatıb.

Vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

Oğuzda ağacları kəsən şəxs saxlanıldı

Oğuzda ağacları kəsən şəxs saxlanıldı

Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. DİN Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu- VİDEO

Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu- VİDEO

Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Primeinfo.az xəbər verir ki, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü – 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.