Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.
DİN tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Primeinfo.az xəbər verir ki, yeni tətbiq edilən “push” bildirişləri sayəsində E-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar olunacaqlar. Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. Primeinfo.az xəbər verir ki, tədbilər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 14 nəfər saxlanılıb, “isti izlərlə” 29 cinayətin üstü açılıb.
Nyu Yorkda ABŞ Prezidenti Donald Trampın korteji üçün yolları bağlayan polis Fransa Prezidenti Emmanuel Makronun avtomobilini də saxlayıb.
Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.