Dekabrın 23-dən 24-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənubundakı Orexovo-Borisovo rayonundakı Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında ölümlə nəticələnən partlayış baş verib. Primeinfo.az xəbər verir ki, yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb. İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib.
Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb. Primeinfo.az xəbər verir ki, 1994-cü il təvəllüdlü O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə *4000* manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb: “Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Naxçıvanda şəhərində külli miqdarda narkotik vasitə məhv edilib. Primeinfo.az xəbər verir ki, məhv edilmə prosesi muxtar respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub. Naxçıvan şəhərində yerləşən xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.
Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.
Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib.
Bu gün səhər saatlarında İstanbul polisi Çekmeköy rayonunda yerləşən bir evdə narkotik axtarışı məqsədilə əməliyyat keçirib. Primeinfo.az “Hurriyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı evin içindən polis əməkdaşlarına atəş açılıb. Açılan atəş nəticəsində Xüsusi Hərəkat Şöbəsində xidmət edən polis əməkdaşı Emre Albayrak yaralanıb.