Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb. Aparılan araşdırmalarla İ.
Nəsimi rayonunda polisin saxladığı narkokuryerdən 13 kiloqram marixuana aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb Primeinfo.az məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
Sumqayıtda tərkibinə zərərli maddələr əlavə olunmuş 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə vətəndaş polisə məlumat verib.
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança və 2 qumbara aşkar edib. Bununla yanaşı, 2 qumbara alışdırıcısı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən Türkiyənin hərbi nəqliyyat təyyarəsi C-130-da şəhid olan türk əsgərlərinin nəşlərinin ərazidən çıxrarılmasının videogörüntüləri yayılıb. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, videoda 10-dan artıq polis və xilasedicinin mühafizəyə alınmış ərazidə fəaliyyət göstərdiyi görülür. Son məlumatlara görə, 19 şəhidin nəşi tapılıb, sonuncunun axtarışı davam edir.
Paytaxt Bakının Nərimanov və Nəsimi rayonları ərazisində oğurluq və soyğunçuluq qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Nərimanovda yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.
Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.