Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Əli Mustafa: “Onları vəzifəyə Rusiya gətirir, onlar da Rusiyaya xidmət edir” - VİDEO

“Heç kimə sirr deyil ki, Azərbaycan son 30 ildə normal parlament seçkiləri keçirə bilməyib”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. O bunu Rusiyanın uzun illər Azərbaycanda agent fəaliyyəti ilə məşğul olan “5-ci kolon”u ilə əlaqələndirib: “Azərbaycanda bəzi məmurları vəzifəyə Rusiya gətirir və onlar da Rusiyaya xidmət edirlər.

Azərbaycan Rusiyaya nota verdi

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə və Rusiya arasında məsləhətləşmələr aparılıb

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə məsləhətləşmələr aparıb. Primeinfo.az xəbər verir ki, görüşdə iqtisadi və maliyyə institutlarındakı vəziyyət, xüsusilə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin enerji və əmtəə bazarlarındakı son vəziyyət, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Rusiyada Su-30 qırıcısı qəzaya uğradı: ölənlər var

Rusiyanın Su-30 təyyarəsi Kareliyada təlim uçuşu zamanı qəzaya uğrayıb, heyət üzvləri həlak olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, təyyarə qeyri-yaşayış ərazisinə düşüb.

Finlandiya Rusiya sərhədi üçün 16 mln avro istəyir

Finlandiya Rusiya ilə sərhədə nəzarət etmək üçün dronların alınması məqsədilə Avropa Komissiyasından (AK) 16 milyon avro istəyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin mətbuat xidmətindən bildirilib. “Finlandiyanın istədiyi maliyyə vəsaiti peyk naviqasiya sistemlərinin işindəki nasazlıqlara dayanıqlı olan pilotsuz müşahidə sistemlərinin alınmasına yönəldiləcək.

Bu ölkənin yükdaşıma şirkətləri müflis olur

Rusiya yükdaşıma bazarı artan xərclər və azalan gəlirlilik səbəbindən şirkətlərin kütləvi şəkildə iflas olması ilə üzləşib. Primeinfo.az xəbər verir ki, bu barədə “AvtoGruzEx” assosiasiyası məlumat yayıb. Məlumata görə, təxminən 6700 yük daşıma şirkəti ləğv və ya iflas prosesindədir ki, bu da artıq təchizat çatışmazlığına səbəb olub: “Nəqliyyatın orta qiyməti kilometrə görə 85-86 rubla qədər artıb, tariflər isə təxminən 75 rubl təşkil edir.

Bu ölkə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdi

Kanada Rusiya əleyhinə əlavə sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bəyanat verib. Sanksiya siyahısına Rusiyaya məxsus 11 qurum və 13 şəxs daxil edilib.

Tokayev və Putin “strateji tərəfdaşlıq” bəyannaməsi imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunları üzrə “strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Dövlət başçıları Rusiya Federasiyası və Qazaxıstan Respublikasının dövlətlərarası əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçidi haqqında Bəyannaməni imzalayıblar”, – məlumatda bildirilib.

Avropa Rusiya ilə müharibəyə hazırlaşır

Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “Faktları təhlil etdikcə, Avropa və Rusiya arasında müharibə getdikcə daha aydın görünür.

Ukrayna Rusiyanın neft-kimya zavodunu vurdu – VİDEO

Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna PUA-larla hücum edib. Primeinfo.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb. Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib.