Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb. Primeinfo.az-ın xəbərinə görə, bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib. Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 77 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Saratovda 42, Rostovda 12, Krımda 10, Volqoqradda 9, Belqorodda 2, Həştərxan və Qara dəniz suları üzərində isə 1 PUA zərərsizləşdirilib.
G7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Hazırda Rusiyadan çıxarılan neftin üçdə birindən çoxu Qərb tankerləri vasitəsi ilə əsasən Hindistan və Çinə daşınır.
Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında məlumat verilib. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda baş verib.
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi siyasət, təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlıq üzrə genişmiqyaslı planları əks etdirən birgə bəyanat qəbul ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Modi sənəd imzalama mərasimində bildirib ki, RF və Hindistan iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamağa razılaşıb.
Rusiya Prezidenti Vladimir Putin Hindistanda səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Kreml açıqlayıb. Bildirilib ki, Rusiya liderinin təyyarəsi Nyu-Dehlidə yerə enib Onun Hindistana səfəri iki gün davam edəcək.
“Roskomnadzor” Rusiyada “SnapChat” mesencerini bloklayıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, servis ölkə ərazisində terrorçu fəaliyyətlərin təşkili və həyata keçirilməsi, onların icraçılarının cəlb olunması, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.
Qara dənizdə gəmilərə edilən hücumlar səbəbilə Ukraynanın Ankaradakı səfiri Nariman Celal və Rusiyanın müvəqqəti işlər vəkili Aleksey İvanov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha 12 mövqe əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilir. Siyahıya 11 fiziki şəxs və bir təşkilat daxil edilib.
“Bir sıra böyük siyasi və transmilli şirkətlərin marağındadır ki, Rusiya və Ukrayna arasındakı savaş bitməsin. Onlar müharibənin davamına daha çox dəstək verirlər, nəinki sülhə”.