Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərəncam

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Primeinfo.az-ın məlumatına görə, sənəddə deyilir: “2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, o bu gün Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR-in Baş naziri təyin olunub.

General rütbəsi alan gömrükçülər kimdir? - DOSYE

Bugün Prezident İlham Əliyev Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 3 əməkdaşına “Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib. Bu ali rütbəyə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Elxan oğlu Məmmədov, Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Mikayıl oğlu Aslanov və Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanov layiq görülüb. Primeinfo.az Modern.az-a istinadən Prezidentin etimad göstərdiyi həmin gömrük generallarının dosyesini təqdim edir: Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.